AZƏRBAYCAN BEYİN MƏRKƏZLƏRİ I FORUMUNUN İŞTİRAKÇILARI FÜZULİ HAVA LİMANINDA OLUB

Azərbaycan beyin mərkəzləri I Forumunun iştirakçıları Füzuli beynəlxalq hava limanında olub.

Qonaqlar hava limanının infrastrukturu ilə tanış olublar.

“Füzuli hava limanı rekord müddətdə, 8 ay ərzində istismara verilib. Bu gün Bakıdan Füzuliyə 35 dəqiqəyə çatmaq mümkündür. Füzuli hava limanı həm də beynəlxalq reysləri qəbul etməyə başlayıb”, – deyə qonaqlara məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycan beyin mərkəzləri I Forumunun iştirakçılarının azad edilmiş ərazilərə səfəri başlayıb.