TÜRKİYƏ SƏFİRLİYİ: QARABAĞDA AZƏRBAYCAN BAYRAĞININ ƏBƏDİ DALĞALANMASINI ARZU EDİRİK

Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım günü münasibətilə paylaşım edib.

Bu barədə səfirliyin rəsmi “Twiter” hesabında qeyd edilib.

“27 sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.

Qarabağ Azərbaycandır!” – deyə bildirilib.