ZAKİR HƏSƏNOV ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR ŞƏHİD AİLƏLƏRİNƏ BAŞSAĞLIĞI VERİB

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid ailələrinə başsağlığı verib.

Bunu müdafiə naziri II Şəhidlər xiyabanını ziyarət edən zaman bildirib.

“Bu gün Azərbaycanda Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin”, – Z.Həsənov qeyd edib.