Milli Məclisdə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanla bağlı xüsusi dinləmə keçiriləcək.
Bu barədə məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün İş planına daxil edilib.
Qeyd olunub ki, Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.