Sentyabrın 21-də İran Parlamenti (İslam Şurası Məclisi) Azərbaycan və Ermənistan arasındakı vəziyyətlə əlaqədar növbədənkənar fövqəladə iclas keçirəcək.
Bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vəhid Calalzadə deyib.
V.Calalzadənin sözlərinə görə, İran parlamenti Azərbaycan-Ermənistan arasındakı vəziyyətdən ciddi narahatdır:
“Biz ölkənin yüksək vəzifəli rəsmiləri ilə bu məsələni müzakirə etmişik. İranın Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurasına müraciət edilib ki, bu məsələyə ciddi yanaşsınlar”, – deyə o qeyd edib.