İQOR XOVAYEV AZƏRBAYCAN VƏ ERMƏNİSTANA SƏFƏR EDƏCƏK

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsi üzərində iş üçün Azərbaycan və Ermənistana səfər edəcək.

Bunu Rusiya XİN-in MDB ölkələri departamentinin direktoru Denis Qonçar deyib.

“Sülh müqaviləsinin hazırlanması məsələsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı səylərimizdə vacib yer tutur”, – deyə o bildirib.