Ukrayna Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko deyib.
“Biz tərəfləri beynəlxalq hüquq normalarına əməl etməklə, xüsusilə suverenliyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət etməklə münaqişənin siyasi-diplomatik tənzimlənməsinə çağırırıq”, – açıqlamada deyilir.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

