RUSİYA XİN AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA GƏRGİNLİKLƏ ƏLAQƏDAR BƏYANAT YAYIB

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla Ermənistan arasında gərginliklə əlaqədar bəyanat yayıb.

Rusiya ötən gecə baş vermiş hadisələrlə bağlı narahatlığını bildirib.

“Sentyabrın 13-ə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin fərqli rayonlarında vəziyyətin qəfil kəskinləşməsi ilə bağlı dərin narahatlığımızı ifadə edirik”, – bəyanatda deyilir.

Rusiya tərəfləri vəziyyətin gərginləşməsindən qaçınmağa, təmkinlilik nümayiş etdirməyə və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarına uyğun olaraq atəşkəs rejiminə əməl etməyə çağırır.

“Biz Bakı və İrəvanla sıx təmasdayıq”, – bəyanatda deyilir.