MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN MÜLKİ ƏHALİNİ VƏ İNFRASTRUKTURU HƏDƏFƏ ALMASI BARƏDƏ ERMƏNİSTAN MƏTBUATINDA YAYILAN MƏLUMATLAR YALANDIR

Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir:

“Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır”, – məlumatda bildirilir.