RUSİYA XARİCİ İŞLƏR NAZİRİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ BAKIDA SƏFƏRDƏDİR

Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda səfərdədir.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Xovayevin yaxın günlərdə İrəvana da səfər edəcəyini söyləyib.