Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
Birinci turun bütün oyunları eyni gündə keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 20:45-də və 23:00-da başlayacaq.
G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Frayburq”un qonağı olacaq.
Günün oyunları aşağıdakılardır:
Qrup mərhələsi, birinci tur
A qrupu
20:45 – “Sürix” (İsveçrə) – “Arsenal” (İngiltərə)
20:45 – PSV (Niderland) – “Budö Qlimt” (Norveç)
B qrupu
20:45 – AEK (Larnaka, Kipr) – “Renn” (Fransa)
20:45 – “Fənərbağça” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna)
C qrupu
20:45 – “Lüdoqorets” (Bolqarıstan) – “Roma” (İtaliya)
20:45 – HİK (Finlandiya) – “Betis” (İspaniya)
D qrupu
20:45 – “Malmö” (İsveç) – “Braqa” (Portuqaliya)
20:45 – “Yunion” (Berlin, Almaniya) – “Yunion” (Belçika)
E qrupu
23:00 – “Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya)
23:00 – “Omoniya” (Kipr) – “Şerif” (Moldova)
F qrupu
23:00 – “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland)
23:00 – “Şturm” (Avstriya) – “Midtüllan” (Danimarka)
G qrupu
23:00 – “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
23:00 – “Nant” (Fransa) – “Olimpiakos” (Yunanıstan)
H qrupu
23:00 – “Srvena Zvezda” (Serbiya) – “Monako” (Fransa)
23:00 – “Ferentsvaroş” (Macarıstan) – “Trabzonspor” (Türkiyə).