Aliksey Dedov Rusiyanın İrandakı yeni fövqəladə və səlahiyyətli səfiri olacaq.
Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib. Moskvada yeni səfirlə görüşən K.Cəlali ona uğurlar arzulayıb.
Qeyd edək ki, Rusiyanın İrandakı erməni mənşəli səfiri Levon Çiqaryan təqaüdə göndərilib.
Səfir A.Dedov 1982-ci ildən diplomatik xidmətdə çalışır. O, urdu və ingilis dillərində sərbəst danışır. A.Dedov 2004-2009-cu illərdə Rusiyanın İrandakı səfirliyində müşavir, 2013-2019-cu illərdə isə Rusiyanın Pakistanda səfiri vəzifələrində çalışıb.