“ADEX 2022” SƏRGİSİNDƏ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN STENDİ BÖYÜK MARAQLA QARŞILANIB

Bakıda “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində Müdafiə Sənayesi Nazirliyinin stendi böyük maraq oyadıb.

Nazirliyin stendində ən yeni silah növləri, o cümlədən pulemyotlar, snayper silahları, müxtəlif çaplı minaatanlar, döyüş sursatları, eləcə də hərbi geyimlər nümayiş etdirilir.

Sərgi ziyarətçiləri, həmçinin virtual olaraq “Kalaşnikov” avtomatından və tapançadan virtual atış həyata keçirə bilərlər.