ABŞ DÖVLƏT KATİBİNİN QAFQAZ ÜZRƏ BAŞ MÜŞAVİRİ AZƏRBAYCANA GƏLƏCƏK

ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Filip Riker Azərbaycana səfər edəcək.

Bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel deyib.

“Bu, onun regiona ilk səfəridir. O, Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. O, bu gün yola düşür və hər üç ölkədə rəsmi şəxslərlə görüşəcək və regionda başlıca məsələlərin, eləcə də tərəfdaşlara yardım göstərilməsi, gələcək əməkdaşlıq üçün birbaşa və konstruktiv qarşılıqlı fəaliyyət yollarının müzakirəsində iştirak edəcək”, – deyə V.Patel bildirib.