AZƏRBAYCAN VƏ ALMANİYA MÜDAFİƏ NAZİRLİKLƏRİ ARASINDA İKİTƏRƏFLİ DANIŞIQLAR APARILIB

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hər iki qurum arasında danışıqlar keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar.