“Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar” və “Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı” təsdiq edilib.
Nazirlər Kabinetinin 342 №-li Qərarına dair izahda bildirilir ki, Qərara əsasən donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar, həmçinin resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısı müəyyən edilir.
Qərarda ağciyərin, ürəyin, qaraciyərin, böyrəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar 18 yaşdan yuxarı şəxslər və 18 yaşınadək şəxslərə münasibətdə müəyyən edilmişdir. Digər orqanlar üçün müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyən edilmir.