Böyük Britaniya kraliçası II Elizabet ölkənin yeni baş naziri Liz Trassı qəbul edib.
Görüş zamanı kraliça L.Trassa ölkənin yeni hökumətini formalaşdırmağı tapşırıb.
Yaxın saatlarda yeni Britaniya hökumətinin tərkibinin açıqlanması gözlənilir.
Bu gün, həmçinin sabiq baş nazir Boris Conson II Elizabetlə görüşü zamanı istefasını kraliçaya təqdim edib.
Qeyd edək ki, II Elizabet sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq ilk dəfə yeni baş naziri Bukingem sarayında deyil, Şotlandiyanın Balmoral qəsrində qəbul edib.
Xatırladaq ki, Liz Trass ötən gün hakim Mühafizəkarlar partiyasında səsvermə nəticəsində qalib gələrək Böyük Britaniyanın yeni baş naziri seçilib.
O, Boris Conson hökumətində xarici işlər naziri olub.