“Improtex” şirkəti minaların təmizlənməsi üzrə texnikanın yerli istehsalını artıq işə salıb.
Bunu jurnalistlərə müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
Onun sözlərinə görə, şirkətin istehsal etdiyi texnika azad edilmiş ərazilərdə artıq sınaqdan keçirilib.
“Ərazilərin minalardan təmizlənməsi ANAMA tərəfindən fəal şəkildə davam etdirilir. Bu istiqamətdə bizim çox işimiz var, çünki erməni silahlı birləşmələri özlərindən sonra çoxlu sayda minalar qoyub”, – deyə o bildirib.
Nazir əlavə edib ki, son iki il ərzində 242 nəfər minalardan zərər çəkib, onlardan 22 nəfəri həlak olub.