MÜDAFİƏ NAZİRLİYİ: ORDUMUZUN BÖLMƏLƏRİ TƏRƏFİNDƏN GUYA ATƏŞ AÇILMASI VƏ ERMƏNİSTAN HƏRBİÇİSİNİN ÖLMƏSİ BARƏDƏ MƏLUMAT YALANDIR

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbiçisinin atəş nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd olunub.