AZƏRBAYCAN NEFTİNİN BİR BARELİNİN QİYMƏTİ 99 DOLLARI ÖTÜB

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,53 dollar artaraq 99,06 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.