AZƏRBAYCAN YENİ MİNAAXTARAN TEXNİKA İSTEHSAL EDİB

Azərbaycanda tank və piyada əleyhinə mina axtaran texnika istehsal edilib.

Maşınlar “Protex industries” şirkəti tərəfindən istehsal olunub.

Yeni minaaxtaran texnikalar Bakıda keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində nümayiş olunur.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.