ZAKİR HƏSƏNOV VƏ YAŞAR GÜLER ADEX SƏRGİSİNDƏ OLUBLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerlə birlikdə “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisini ziyarət ediblər.

Onlar stendlərlə, sərgidə nümayiş olunan müdafiə sənayesi məhsulları ilə tanış olublar.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il sərgidə 8 ölkə milli stendləri ilə iştirak edir.