BÖYÜK BRİTANİYANIN YENİ BAŞ NAZİRİ MƏLUM OLUB

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının yeni sədri seçilib.

Qərar Britaniya parlamentinin iclasında elan olunub.

Bu vəzifəyə Mühafizəkarlar Partiyası üzvlərinin səs çoxluğu ilə Liz Trass seçilib.

O, eyni zamanda Böyük Britaniyanın yeni baş naziri vəzifəsinə də seçilib. L.Trass bu vəzifədə Boris Consonu əvəz edəcək.

Qeyd edək ki, B.Conson sabah kraliça II Elizabetə öz istefasını təqdim edəcək, kraliça isə yeni seçilmiş baş nazirə hökuməti formalaşdırmağı tapşıracaq.

Xatırladaq ki, B.Conson iyulun əvvəlində hökumət daxilində yaranan fikir ayrılıqları fonunda istefasını elan etmişdi. L.Trass Boris Conson hökumətində xarici işlər naziri vəzifəsində işləyib.