“AZERGOLD” QSC-NİN MÜŞAHİDƏ ŞURASININ TƏRKİBİ DƏYİŞİB

Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamının birinci hissəsində aşağıdakı dəyişikliklər edilir:

– “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin.

– “Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri “Faiq Mütəllimov – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ekoloji siyasət şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.