İXTİRALARIN HÜQUQİ MÜHAFİZƏ SAHƏSİNDƏ DÖVLƏTLƏRARASI SİRLƏRİN QORUNMASI İLƏ BAĞLI SAZİŞİN QÜVVƏDƏN DÜŞMƏSİ BARƏDƏ PROTOKOL TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokol təsdiq edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərəcək.