AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİ SÜLH SAZİŞİNİN MƏTNİNİ MÜZAKİRƏ ETMƏK ÜÇÜN GƏLƏN AY GÖRÜŞƏCƏKLƏR

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin mətnini müzakirə etmək üçün gələn ay görüşəcəklər.

Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.

Qeyd edək ki, bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.