XİN: RUSİYA CƏNUBİ QAFQAZDA NƏQLİYYAT ƏLAQƏLƏRİNİN AÇILMASI MƏQSƏDİLƏ BAKI VƏ İRƏVANLA İŞİNİ DAVAM ETDİRİR

Rusiya Bakı və İrəvanla birlikdə üçtərəfli razılaşmaların bütün müddəalarının reallaşdırılmasına diqqət yönəldib.

Bunu Rusiya Xarici İşlər Nazirinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, müvafiq iş predmet xarakter daşıyır və irəli addımlayır.

M.Zaxarova qeyd edib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məqsədilə Bakı və İrəvanla baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun xətti ilə işlərini davam etdirir.