
Müdafiə naziri Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 30-da Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.
General-polkovnik Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.