TÜRKİYƏDƏ “TEXNOFEST” BAŞLAYIR

Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı – “Texnofest” bu gün başlayır.

30 avqust – 4 sentyabr 2022-ci il tarixləri arasında Samsun Çarşamba Hava Limanında keçiriləcək “Texnofest”-də müxtəlif sərgilər, hava şouları təşkil olunacaq.

Festivalın ilk günü Türkiyənin 30 avqust “Zəfər günü”nə həsr olunub.