
Zəngilan rayonunun Ağalı kəndində 200 evin inşası tamamlanıb və 150 evin tikintisi planlaşdırılır.
Bunu Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, planlaşdırılan tikililər iki-üç mərtəbəli binalar və otel olacaq.
“Zəngilanın yenidənqurma və bərpasında BMT-nin dayanıqlı inkişaf hədəfləri diqqətə alınır”, – deyə V.Hacıyev əlavə edib.