AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNİN DELİMİTASİYASI ÜZRƏ KOMİSSİYANIN İKİNCİ GÖRÜŞÜNÜN PLANLAŞDIRILAN VAXTI AÇIQLANIB

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının ikinci görüşü avqustun 29-da keçirilə bilər.

Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycan nümayəndə heyətinə baş nazirin müavini, dövlət komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, komissiyaların birinci görüşü bu il mayın 24-də keçirilmişdi.