QAZAXISTAN PREZİDENTİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATIB

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 24-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.