PREZİDENT İLHAM ƏLİYEVİN ADINDAN KASIM-JOMART TOKAYEVİN ŞƏRƏFİNƏ RƏSMİ ZİYAFƏT VERİLİB

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə rəsmi ziyafət verilib.