
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustun 23-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
Nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
Nazir Rəşad Nəbiyevi Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul əməkdaşları müşayiət ediblər.