AĞALI KƏNDİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN TİKİŞ FABRİKİNDƏ 12 KƏND SAKİNİ İŞLƏ TƏMİN EDİLİB

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlanğıcı olan Zəngilan rayonunun Ağalı kəndində ilk istehsal müəssisəsi olan “Gillmed” tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib.

KOBİA-dan verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Ağalı kənd sakinlərinin biznes fəaliyyətinə başlaması və məşğulluğunun təmin edilməsi üçün biznes təlimləri davam etdirilir.

KOBİA-nın dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış “Gillmed” tikiş fabrikində tibbi təyinatlı tekstil məhsulları, o cümlədən tibbi maska və baxil, uniforma istehsal olunur. Hazırda müəssisədə gündəlik 200-400 önluk və 8000-dən çox tibbi maska və digər geyimlər istehsal edilir.