XİN: AZƏRBAYCAN GÜRCÜSTANIN MÜSTƏQİLLİYİNİ, SUVERENLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR

Azərbaycan Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqlik əsasında strateji tərəfdaşlığı dəstəkləyir”, – nazirliyin bəyanatında deyilir.