MÜDAFİƏ NAZİRLİYİ: GƏRGİNLİYƏ GÖRƏ BÜTÜN MƏSULİYYƏT ERMƏNİSTANIN HƏRBİ-SİYASİ RƏHBƏRLİYİNİN ÜZƏRİNƏ DÜŞÜR

Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.