MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNİN YAYDIĞI MƏLUMAT YALANDIR

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”, – deyə Nazirlikdən bildirilib.