Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə baş vermiş hücumu pisləyib.
O, bunu Rusiya səfərindən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbulolunmaz hesab edirik. Bu hadisənin ciddi və ətraflı şəkildə araşdırılaraq təqsirkarların layiqli cəzalarını alacağına ümid edirik”, – Türkiyə prezidenti deyib.
Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.