ŞARL MİŞEL: BRÜSSELDƏ PREZİDENT İLHAM ƏLİYEV VƏ NİKOL PAŞİNYAN ARASINDA GÖRÜŞ OLACAQ

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.

Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz “Twitter” səhifəsində elan edib.

O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır.

“Aİ Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir”, – deyə o bildirib.