QIRĞIZISTAN XİN AZƏRBAYCANIN LONDONDAKI SƏFİRLİYİNƏ HÜCUMU PİSLƏYİB

Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”.