
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu təyyarə Tayvana enib.
CNN telekanalının məlumatına görə, Nensi Pelosinin xüsusi reysi Taybeyin Sunşan hava limanına eniş edib.
Xatırladaq ki, iyulun 31-də Pelosi Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfərləri əhatə edən Asiya turuna başlayıb.
xxx
18:39
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin hərbi təyyarəsi Tayvanın hava məkanına daxil olub.
“Flightradar”ın məlumatına görə, təyyarənin Tayvanın paytaxtı Taybeydə enəcəyi gözlənilir.
Rəsmi Pekin Nensi Pelosinin Tayvana səfər edəcəyi təqdirdə sərt reaksiya verəcəyini açıqlayıb. Məlumata görə, artıq Çin Tayvan istiqamətinə qırıcılar göndərib.