QADIN DİNİ AYİNLƏRİNİN İCRAÇISI MƏSCİDDƏ SIRF QADINLARLA BAĞLI FƏALİYYƏTLƏRLƏ MƏŞĞUL OLACAQ

Xüsusilə vurğulamaq istəyirəm ki, məscidlərə, ziyarətgahlara qadın imamlar təyin edilmir.

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib.

O bildirib ki, qadın dini ayinlərinin icraçısı məsciddə sırf qadınlarla bağlı fəaliyyətlərlə məşğul olacaq, eyni zamanda, imamım tapşırığına əsasən, qadınlarla əlaqəli yas mərasimlərində iştirak edəcək.