AVQUSTUN 5-DƏK BƏZİ ŞİMAL VƏ QƏRB RAYONLARINDA HAVA YAĞINTILI OLACAQ

Avqustun 1-dən 5-dək Azərbaycanın bəzi şimal və qərb rayonlarında əsasən gündüz saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şərq küləyi əsəcək, sürəti arabir 15-18 metr/saniyə olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.