AMEA-NIN TƏRKİBİNDƏN ÇIXARILAN İNSTİTUTLARIN NECƏ İDARƏ OLUNACAĞI MƏLUM OLUB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibindən çıxarılan institutlar Elm və Təhsil Nazirliyinə verildiyinə görə onların idarə olunmasında cavabdehlik daha çox nazirliyin üzərinə düşür. Onlara elmi-metodiki kömək göstərmək isə Akademiyanın fəaliyyət istiqamətləri sırasındadır.

Bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli qeyd edib ki, xüsusən elmi istiqamətlərin, prioritetlərin müəyyən olunması, istiqamətləndirilməsi AMEA tərəfindən yerinə yetiriləcək: “AMEA bundan sonrakı fəaliyyətində ölkə üzrə elmi ekspertiza məsələlərini yerinə yetirmək səlahiyyətlərini özündə saxlayır”.

O əlavə edib ki, yeni format yeni liderlər yetişdirəcək.