İNVESTORLARA “BİR PƏNCƏRƏ” PRİNSİPİ ƏSASINDA XİDMƏTLƏR GÖSTƏRİLƏCƏK

Dövlət qurumları tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsi qaydası hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət qurumları tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsi qaydasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi ilə bağlı təkliflərini üç ay müddətində, investisiya fəaliyyətinin təşviqi ilə bağlı təkliflərini də beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək də tapşırılıb.