BEŞİNCİ İSLAM HƏMRƏYLİYİ OYUNLARINDA İŞTİRAK EDƏCƏK AĞIRLIQQALDIRMA ÜZRƏ AZƏRBAYCAN MİLLİSİNİN İLKİN HEYƏTİ MÜƏYYƏNLƏŞİB

Türkiyənin Konya şəhərində keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən bildirilib ki, “Konya-2021”də qadınların yarışında Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq) və Anastasiya Mum (76 kq), kişilərin mübarizəsində isə Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran İsmayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq) və Əli Şükürlünün (109 kq) iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma yarışları avqustun 11-15-də keçiriləcək.