
Rusiyanın “Utair” aviaşirkəti iyulun 28-dən etibarən Samaradan Bakıya uçuşlar yerinə yetirəcək.
Trend bu barədə şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd olunur ki, reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə Samaradan saat 13:05-də, Bakıdan 16:05-də çıxacaq.
Uçuş müddəti 2 saat 20 dəqiqə davam edəcək.