EMİN ƏMRULLAYEV: 1667 MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏSİNİ ÖZÜNDƏ BİRLƏŞDİRƏN ELEKTRON SİSTEM YARADILIB

1667 məktəbəqədər təhsil müəssisəsini özündə birləşdirən elektron sistem yaradılıb.

Bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı təşkil etdiyi brifinqdə deyib. Nazir bildirib ki, artıq bu sistemə 17 min 246 uşağın məlumatları daxil edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.