PAKİSTAN AVİAŞİRKƏTİ LAHOR-BAKI BİRBAŞA REYSİNƏ BAŞLAYIR

“Pakistan Beynəlxalq Hava Yolları” Lahor-Bakı birbaşa aviareysinə başlayır.
Bu barədə aviaşirkət məlumat yayıb.
Şirkətdən bildirilib ki, martın 14-dən etibarən Lahordan həftədə iki dəfə olmaqla Bakıya aviareyslər həyata keçiriləcək.
Həmçinin aviaşirkət Əfqanıstana və Özbəkistana da reyslər həyata keçirməyi planlaşdırır.